Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kiyevdə antiterror əməliyyatı: 2 ölü, 1 yaralı

Kiyevdə antiterror əməliyyatı: 2 ölü, 1 yaralı

Date: 10 December 2015 04:54

Dekabrın 10-a keçən gecə Ukrayna paytaxtında antiterror əməliyyatı zamanı 2 Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı yaralanıb. APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri aldığı yaralardan daha sonra dünyasını dəyişib.

 

İlkin məlumata əsasən, UTX əməkdaşlarının hədəfində terrorçuluqda şübhəli bilinən Dağıstan vətəndaşı olub. Əməliyyat nəticəsində onun məhv edildiyi bildirilir. İnsidentlə bağlı rəsmi açıqlama hələ ki, verilməyib.

 

Xatırladaq ki, ötən ay beynəlxalq axtarışda olan “Ən Nüsrə cəbhəsi” qruplaşmasının liderlərindən biri Kiyevdə saxlanılmışdı. 


Tags:  Kiyevdə antiterror əməliyyatı ölü yaralı

RƏYLƏR


Top news