Tanınmış müğənninin obyekti yarıldı (FOTO)

Tanınmış müğənninin obyekti yarıldı (FOTO)
05:06 10 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Qvinet Peltrounun mağazasından 170 min dollar oğurlanıb.

ANS PRESS-in məlumatına görə, aktrisanın obyekti Nyu Yorkda soyulub. Polis əməkdaşları 173 min dollarlıq dəyərində olan qızılları və saatları götürən üç şübhəli şəxsi axtarır.

Məlumata görə, oğrulardan biri naməlum əşyadan istifadə edərək saatla olan şkafın ağzını açıb. Bundan əlavə, işçilər və alıcılar mağazanın yarılma anını hiss etməyiblər.


Qvinet Peltrounun mağazası

Qvinet Peltrou amerikalı aktrisa və müğənnidir. O, "Aşıq Şekspir" filmində qadın roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarını qazanıb. Bundan əlavə, aktrisa "Hor" teleserialında rol oynadığı üçün "Emmi" mükafatının sahibi olub.


Qvinet Peltrounun mağazası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR