Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Mark Sukerberq müsəlmanların dəstəyinə qalxıb

​Mark Sukerberq müsəlmanların dəstəyinə qalxıb

Date: 10 December 2015 05:12

Bakı. 10 dekabr. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.
"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", — deyə o bildirib.
Sukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.



Tags:  Mark Sukerberq müsəlmanların dəstəyinə qalxıb

RƏYLƏR


Top news