Ərdoğan türk əsgərinin İraqa girməsinin səbəbini açıqladı

Ərdoğan türk əsgərinin İraqa girməsinin səbəbini açıqladı
05:31 10 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.


Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri

İraq höküməti Türkiyə qoşunlarının ölkəyə daxil olmasına görə Rusiyadan hərbi kömək istəyə bilər.

Bu barədə İraqın parlament komitəsinin rəhbəri Hakim al-Zamili deyib. O bildirib ki, rəsmi Bağdad Türkiyənin bu addımını ölkənin müstəqilliyinin pozulması kimi qiymətlərdirir.

"Ola bilsin ki, Türkiyənin müdaxiləsinə və İraqın müstəqilliyinin pozulmasına cavab olaraq tez bir zamanda Rusiyadan hərbi kömək istəyək”, - al-Zamili bildirib.

Parlament üzvü əlavə edib ki, Türkiyə İraq hökumətinə xəbərdarlıq etmədən ölkəyə hərbi qulluqçu daxil edib.


Hakim al-Zamili - İraqın parlament komitəsinin rəhbəri

İraq hökümətinin Rusiyadan kömək istəməsi barədə isə açıqlaması Türkiyə və Rusiya arasında baş verən son gərginlik ola bilər. Çünki Türkiyə Rusiya qırıcısını vurduqdan sonra ölkələr arasında gərginlik yaşanıb. Rusiya qırıcı təyyarənin Suriya ərazisində qəsdən vurulduğunu iddia edir. Amma Türkiyə tərəfi qırıcını sərhədi pozduğu üçün vurduğunu deyir.

Gərginliyin pik həddə olduğu bir vaxtda İraq hökümətinin Rusiyadan kömək istəməsi vəziyyəti bir az da pisləşdirə bilər. Rusiya ordusunu İraqa daxil olması birbaşa ABŞ-la üz-üzə gəlməsi deməkdir. Çünki İraq 2003 –cü ildə ABŞ ordusunu tərəfindən işğal edilib.


Türkiyə ordusunun İraqa daxil olması

Qeyd edək ki, Başika Mosul şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR