​Braziliyada müəllim və şagirdlərin etiraz aksiyaları iğtişaşlarla nəticələnib

​Braziliyada müəllim və şagirdlərin etiraz aksiyaları iğtişaşlarla nəticələnib
07:22 10 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Braziliyanın San-Paulu şəhərində məktəb islahatları əleyhidarlarının nümayişi polis ilə qarşıdurmaya çevrilib.
"Report" xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələrinə istinadən TASS məlumat yayıb.
İğtişaşlar çərşənbə günü axşam, bəzi aksiya iştirakçılarının polis əməkdaşlarına yandırıcı qatışıqlı butulkalar atmasından sonra başlayıb. Toqquşma nəticəsində 5 asayiş keşikçisi xəsarət alıb, bir nəfər etirazçı saxlanılıb.
San-Paulu ştatı hakimiyyəti tərəfindən təklif olunan təhsil islahatları regionun bütün dövlət məktəblərinin təhsil səviyyəsindən asılı olaraq üç tipə bölünməsindən ibarətdir. Bu təşəbbüs iş və təhsil yerlərini dəyişmək məcburiyyətində qalacaq bir çox müəllim və şagirdin etirazına səbəb olub.
Dekabrın 5-də ştat qubernatoru etirazçıların təzyiqi altında islahatların reallaşdırılmasını qeyri-müəyyən müddətə təxirə salıb. Lakin etirazlar davam edir. İnsanlar təşəbbüsdən tam olaraq imtina edilməsini gözləyirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/braziliyada-muellim-ve-sagirdlerin-etiraz-aksiyalari-igtisaslarla-neticelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR