Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin üçüncülük savaşı

"Qəbələ"nin üçüncülük savaşı

Date: 10 December 2015 07:32

 

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki,son oyunlar 1/16 finala vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək.

Yarışda mübarizəni davam etdirən təmsilçimiz "Qəbələ" də bu gün son matçına çıxacaq. Roman Qriqorçukun yetirmələri Bakıda "Krasnodar"la qarşılaşacaq.

Sonuncu pillədə qərarlaşmış və artıq turnirdə çıxışını dayandıracağı bəlli olan "qırmızı-qaralar" qarşılaşmanı qalib başa vuraraq ilk dəfə qatıldığı qrup mərhələsini üçüncü pillədə və major notlarla bitirmək istəyir.

Ardıcıl 7 oyundu Avrokuboklarda qələbə qazana bilməyən qəbələlilər azarkeşləri önündə 3 xal qazana bilsə, həm özünün, həm də ölkənin reytinqinə müsbət təsir etmiş olacaq.

Üstəlik qrupun digər oyununda Dortmund "Borussiya"sı PAOK-u xalsız qoysa, bizimkilərin bir pillə irəliləmək şansı var.

Artıq 1/16 finalda oynayacağı dəqiqləşmiş rusların isə əsas məqsədi qalib gələrək qrup liderliyini əldə etməkdi.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)

Baş hakim: İştvan Kovaç
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku

Əlavə hakim köməkçiləri: Pavel Kristian Balay, Marius Avram

Dördüncü hakim: Mihay Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya) 
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Borussiya

5

3

1

1

10-4

10

2.

Krasnodar

5

3

1

1

6-4

10

3.

PAOK

5

0

4

1

2-3

4

4.

Qəbələ

5

0

2

3

2-9

2

Milli.Az


Tags:  Qəbələnin üçüncülük savaşı

RƏYLƏR


Top news