Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Düşdü evlər qiymətdən, ay can, ay can!?

Düşdü evlər qiymətdən, ay can, ay can!?

Date: 10 December 2015 07:32

Bakıda 2-3 ay əvvəllə müqayisədə mənzil bazarında qiymətlərin azalması davam edib.

Bunu Milli.Az-a daşınmaz əmlak bazarı məsələləri üzrə ekspert Ramil Osmanlı mənzil bazarındakı son vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, aylıq qiymət azalması təqribən 3-5% arasında dəyişir. Qiymət azalması hələlik daha çox köhnə tikililərdə özünü göstərir.

Ekspertin fikrincə, artıq bazarda baş verən hadisələrə həm də makroiqtisadi tərəfdən, yəni bilavasitə, ölkənin gəlirlərinin sürətli azalması fonunda baxmaq lazımdır:

"Proqnozlar isə o qədər də nikbin deyil, baxmayaraq ki, hökumət İpoteka Fondu və kreditləri ilə bağlı islahatlara başlayıb.

Hesab edirəm ki, indiki makroiqtisadi vəziyyətdə insanlarda resurs problemi mövcuddur. Konkret desək, pul yoxdur. Artıq vəsaitlərin xaricdən cəlb edilməsi imkanları da tədricən azalır. Mərkəzi Bankın ehtiyatlarının ilin sonuna qədər 6 milyarddan aşağı düşəcəyi ehtimalı var. Belə olan şəraitdə mənzil bazarına investisiya ayrılması ilə bağlı proqnozlar da şübhə altına düşür".

İlkin İzzət

Milli.Az


Tags:  Düşdü evlər qiymətdən ay can ay can


RƏYLƏR


Top news