Avropa Liqası: “Qarabağ” və “Qəbələ” son sınaq qarşısında

Avropa Liqası: “Qarabağ” və “Qəbələ” son sınaq qarşısında
07:39 10 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, son qarşılaşmalar 1/16 finala vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək.

 

Yarışda mübarizəni davam etdirən təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” də  bu gün son matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri səfərdə “Anderlext”lə qarşılaşacaqlar. Son tur öncəsi 1/16 final şanslarını saxlayan ağdamlıları Belçikada çətin sınaq gözləyir. Növbəti mərhələyə yüksəlmək üçün ilk oyunda Bakıda minimal hesabla qalib gəldiyi rəqibini səfərdə də məğlub etməlidir. Şəxsi oyunların nəticələri isə Brüssel klubunu arxada qoymağa imkan verəcək.

 Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki “Anderlext”in istənilən xal itkisi “Monako” üçün “yaşıl işıq” ola bilər. Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən “Tottenhem”i üstələməlidir. “Qarabağ”ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. Bu üzdən ağdamlılar qələbə qazanmaqla yanaşı, “Tottenhem”in qələbəsini arzulamalıdır. “Qarabağ” qalib gəlsə, “Monako” heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, “Tottenhem”lə birlikdə 1/16 final yüksələcək ikinci komanda Qurbanovun yetirmələri olacaq. Çünki ağdamlılar 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdir.

 

Roman Qriqorçukun yetirmələri isə Bakıda “Krasnodar”la qarşılaşacaq. Sonuncu pillədə qərarlaşmış və artıq turnirdə çıxışını dayandıracağı bəlli olan “qırmızı-qaralar” qarşılaşmanı qalib başa vuraraq ilk dəfə qatıldığı qrup mərhələsini üçüncü pillədə və major notlarla bitirmək istəyir. Ardıcıl 7 oyundu Avrokuboklarda qələbə qazana bilməyən qəbələlilər azarkeşləri önündə 3 xal qazana bilsə, həm özünün, həm də ölkənin reytinqinə müsbət təsir etmiş olacaq. Üstəlik qrupun digər oyununda Dortmund “Borussiya”sı PAOK-u xalsız qoysa, bizimkilərin bir pillə irəliləmək şansı var.

 

 

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

 

J qrupu

00:05. “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan)

Brüssel. Konstant Vanden Stok stadionu

 

 

1.

Tottenhem

5

3

1

1

8-5

10

2.

Anderlext

5

2

1

2

6-5

7

3.

Monako

5

1

3

1

4-5

6

4.

Qarabağ

5

1

1

3

3-6

4

 

C qrupu

 

22:00. “Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya)

Bakı. 8-ci km qəsəbə stadionu

 

1.

Borussiya

5

3

1

1

10-4

10

2.

Krasnodar

5

3

1

1

6-4

10

3.

PAOK

5

0

4

1

2-3

4

4.

Qəbələ

5

0

2

3

2-9

    2

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR