Nizami rayonunda veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir

Nizami rayonunda veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir
08:08 10 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 9-da Nizami Rayon İcra Hakimiyyətində rayon veteranlar təşkilatının sədri Yəhya Ağayevə “Vətən həmrəyliyi” medalının təqdim etmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, respublikamızda dövlət tərəfindən sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusən veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir. A.Qasımov rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırıb. O, Nizami Rayon Veteranlar təşkilatının sədrinə bu işində müvəffəqiyyətlər arzulayıb və onu xidmətlərinə görə belə bir medala layiq görülməsi münasibətilə təbrik edib.
Y.Ağayev dövlətin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini söyləyib. Ona göstərilən diqqət və qayğıya görə, minnətdarlığını bildirib, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacağını qeyd edib.
Respublika Veteranlar Şurasının sədr müavini Kamal Əliyev Nizami Rayon Veteranlar təşkilatının işində Y.Ağayevin fəaliyyətini yüksək qiymətləndirib və ona “Vətən həmrəyliyi” medalını təqdim edib.
K.Əliyev müəllifi olduğu “Döyüşlərdə qan bahasına qazanılmış dostluq” kitabını Arif Qasımova hədiyyə edərək veteranlara göstərdiyi hörmətə görə təşəkkürünü bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_rayonunda_veteranlara_gosterilen_diqqet_ve_qaygi_yuksek_seviyyededir-909879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR