İranın Türkiyəyə qaz nəqlini azaltmasının səbəbi

İranın Türkiyəyə qaz nəqlini azaltmasının səbəbi
08:12 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

İran tərəfindən Türkiyəyə təbii qaz nəqlinin azalması texniki problemlərlə əlaqədar olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama İranın dövlət qaz şirkətindən gəlib.

Bundan əvvəl Türkiyə mətbuatında İran tərəfinin qaz verilişini yarıya qədər azaltdığı, nəql olunan qaz həcminin 30 milyon kub metrdən 14-15 milyon kub metrə düşdüyü barədə xəbərlər yayılmışdı.

Məsələyə Türkiyə prezidentinin rəsmisi İbrahim Kalın da toxunaraq qaz verilişinin azalmasının texniki problemlə əlaqədar olduğunu təsdiqləyib və nöqsanın çərşənbə günü səhər saatlarından etibarən aradan qaldırıldığını və gündəlik norma üzrə qaz verilişinin bərpa olunduğunu diqqətə çatdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR