Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur cütlük boşandı - FOTO

Məşhur cütlük boşandı - FOTO

Date: 10 December 2015 08:32

Ötən il boşanmaq üçün məhkəməyə müraciət edən Antonio Banderas və Melani Qriffit yollarını ayırıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlar artıq rəsmi şəkildə boşanıblar. Melani və Antonio iştirak etdikləri bütün layihələrdən əldə etdikləri gəliri yarı bölüblər. Buraya səsləndirdikləri "Şrek" və "Çəkməli Pişik" cizgi filmlərinin qonorarı da daxildir. Vaxtilə keçmiş sevgililərə aid olan ev Qriffitə qalsa da, Los-Ancelesdəki malikanə aralarında yarı bölünüb. Antonio maliyyə dəstəyi olaraq keçmiş həyat yoldaşına hər ay 65 min dollar ödəməyə də razı olub.
 
Xatırladaq ki, Qriffit və Banderas 18 il evli olublar. Gözəl cütlük boşanma səbəbi kimi yola getmədiklərini göstəriblər.
 
Bu nikah Qriffitin sayca dördüncü, Banderasın isə  ikinci nikahı idi.

Milli.Az






Tags:  Məşhur cütlük boşandı FOTO

RƏYLƏR


Top news