Facebookun yaradıcısından müsəlmanlara dəstək

Facebookun yaradıcısından müsəlmanlara dəstək
08:41 10 Dekabr 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara dəstək verib.

ANS PRESS-in məlumatına görə, Zukerberq bu barədə öz Facebook səhifəsində yazıb.

"Mən buradan Fecebookdakı və bütün dünyadakı müsəlmanlara dəstək səsimi eşitdirmək istəyirəm. Paris hücumlarından sonra (o həftəyə nifrət edirəm) müsəlmanların qorxusunu sadəcə təxmin edə bilirəm. Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq. Əgər bir müsəlmansansa Facebookun yaradıcısı olaraq istəyirəm ki bunu biləsən: Burada həmişə xoş qarşılanacaqsan. Biz burada sənin haqlarını qorumaq və etibarlı mühit yaratmaq üçün savaşacağıq", deyə Zukerberq dəstəyini belə ifadə edib.


Zukerberqin paylaşdığı status

ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp dekabrın 8-də bəyan etmişdi ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır. O bunu Kaliforniyadakı terror hücumundan sonra bəyan etmişdi.

Təxribatçı çıxışları ilə tanınan Donald Tramp tələb edib ki, müsəlmalar Birləşmiş Ştatlara buraxılmasın.

"Ayıq olmalıyıq. ABŞ hökumət səlahiyyətlilərinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər. ", deyə siyasətçi bildirib.

Kaliforniya ştatının San Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı terror aktı törədilib. 14 nəfəri öldürən və 21 nəfəri yaralayan 28 yaşlı Səid Fərrux və onun xanımı 27 yaşlı Təşfin Maliki polislə atışma zamanı öldürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR