Azərbaycan Ali Audit Qurumlarının Birgə Konfransında iştirak edib

Azərbaycan Ali Audit Qurumlarının Birgə Konfransında iştirak edib
08:47 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı.10 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Qurumlarının (AAQ) Avropa və ərəb ölkələri üzrə regional təşkilatlarının Qətərin paytaxtı Doha şəhərində keçirilən 5-ci Birgə Konfransında iştirak edib.
"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, konfrans maliyyə böhranı risklərinin qiymətləndirilməsi və burada AAQ-ların artan rolu kimi məsələlərə həsr edilib.
Birgə Konfransın iclasları üç gün ərzində “Böhrandan çıxış planlarının icrasının monitorinqində AAQ-ların rolu” və “Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar” alt-mövzuları üzrə müzakirə panelləri şəklində təşkil olunub.
V.Gülməmmədov “Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar” mövzusu üzrə müzakirələrdə natiqlərdən biri olub. Palata sədri maliyyə hesabatlılığının artırılmasının və maliyyə inzibatçılığının gücləndirilməsinin maliyyə böhranlarının əhatə miqyasına təsir göstərdiyini, bunun isə, öz növbəsində, AAQ-ların fəaliyyətinin gücləndirilməsi və potensialının artırılmasını zəruri etdiyini qeyd edib. Həmçinin, dövlət borcunun dayanıqlılığının qiymətləndirilməsində və Əsas Milli Göstəricilərinin təhlilində AAQ-ların artan rolu barədə fikirlər diqqətə çatdırılıb.
Ümumi müzakirələrin yekunu olaraq konfransın son bəyanatının layihəsi hazırlanıb və qəbul olunub.
Konfrans çərçivəsində V. Gülməmmədov Ukrayna Hesablama Palatasının sədri Roman Moquta ilə görüşüb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-ali-audit-qurumlarinin-birge-konfransinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR