Neftlə manatın son savaşı

Neftlə manatın son savaşı
09:27 10 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 8-də dünya birjalarında neftin qiyməti 40 dollara yaxınlaşıb. London birjasındakı hərraclarda Brent markalı neft 5,28% ucuzlaşaraq 40,73 dollara enib. Nyu-York birjasındakı hərraclarda isə WTI markalı neftin bir barrelinin qiyməti 6%-dən də çox ucuzlaşaraq 37,56 dollara düşüb.

Milli.Az azadliq.info-ya istinadən xəbər verir ki, bu, son 6,5 ildə neftin ən aşağı qiymətidir. Sonuncu dəfə neftin qiymətinin bu həddə düşməsi 2009-cu ilin martında baş verib. Bəs bu cür tendensiya Azərbaycana nə vəd edir? Xüsusilə manatın neftin qiymətindən asılı olduğu bilindiyi bir zamanda belə tendensiya büdcə üçün hansı çətinlikləri yaradır? Ekspertlərin fikrincə, böhran artıq qapıdadır.

İqtisadçı Məhəmməd Talıblı bildirir ki, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərini azaldan faktordur. Gələn ilin dövlət büdcəsində büdcə kəsirinin 1.7 milyard manat proqnozlaşdırıldığını deyən M.Talıblının sözlərinə görə, neftin bir barrelinin qiymətinin büdcədə 50 dollardan götürülməsi çətinlikləri artıra bilər: "Neftin qiymətinin qalxması deyil, əksinə, düşməsi proqnozlaşdırılır. Beynəlxalq qurumların proqnozları bunu göstərir. Büdcə kəsirinin yuxarı həddi daha da artacaqdır. Dövlət büdcəsindəki kəsiri qapamaq üçün hökumət həm də xarici borclanmaya girməyə məcbur olacaq. Neftin qiymətinin bu səviyyədə qalması Azərbaycanın həm gəlirlərinə, həm də xərclərinə təsir edir. Ona görə neftin qiyməti daha real həddə müəyyənləşdirilməli idi. Bu hədd 40 dollar olmalı idi".

Manatın aqibətinə gəlincə, M.Talıblı bildirdi ki, neft pullarının azalması dollar kütləsinin də azalması deməkdir. "Ölkədə dolların azalmasının fonunda dollara tələb artacaq. Bu isə manatın dəyərinin daha da aşağı düşməsinə gətirib çıxaracaq. Nəticədə vətəndaşlar yığımlarını daha çox ABŞ dolları ilə aparacaq", - deyə M.Talıblı bildirdi.

İqtisadçı Samir Əliyev "Azadlıq" radiosuna müsahibəsində deyib ki, neftin indiki qiyməti manat üçün təhlükə yaratmasa da, daha da enəcəyi təqdirdə manatın ucuzlaşması qaçılmaz olacaq: "Neftin qiymətinin 40 dollara enməsi manat üçün təhlükə yaratmır. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxmalı olacaqlar. Indi artıq neft 40 dollar həddinə çatıb. Hətta bir qədər də düşməsi, yəni 30, hətta 20 dollara qədər düşməsi ilə bağlı müxtəlif qurumlar, ekspertlər proqnozlar verir. Dekabrın 15-16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclası olacaq. Bu iclasda uçot dərəcəsinin qaldırılması məsələsinə baxılacaq. Uçot dərəcəsinin qaldırılması ehtimalı yüksəkdir. Əgər bu baş verərsə, onda dollar bir az da möhkəmlənəcək. Neftin 40 dollardan da aşağı düşməsini ehtimal etmək olar. Belə bir vəziyyət, təbii ki, manat üçün gərginlik yaradacaq. Onsuz da neft 40 dollardan aşağı düşməsə belə, manatın ucuzlaşması qaçılmazdır".

S.Əliyevin fikrincə, neftin ucuzlaşmasının Azərbaycana təsiri yaxşı olmayacaq. "Çünki manatın ucuzlaşması manatla maaş alan əhalinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Daha doğrusu, dəyərsizləşməsinə gətirib çıxaracaq. İnflyasiya yüksək olacaq, qiymətlər qalxacaq. Xüsusən də xaricdən gətirilən mallar bahalanacaq", - deyə S.Əliyev vurğuladı.
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq

18 Avqust 2017 01:37

Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edildi

18 Avqust 2017 01:33

Avroliqada "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

18 Avqust 2017 01:32

Ən yaxşı adına 24 namizəd - FİFA açıqladı

18 Avqust 2017 01:17

Türkiyədə meşədə güclü yanğın

18 Avqust 2017 01:14

Barselonada teraktdan sonra iki nəfər həbs edildi

18 Avqust 2017 00:54

Viktor Valdes futboldan getdi

18 Avqust 2017 00:48

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI - 2018, 2023, 2028... - VİDEO

18 Avqust 2017 00:43

Kataloniya hökuməti ölkədə 3 günlük matəm elan edib

18 Avqust 2017 00:42

Sakindən 3,2 kq marixuana götürüldü

18 Avqust 2017 00:34

Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır -

18 Avqust 2017 00:31

Barselonada baş verənlər nefti bahalaşdırdı

18 Avqust 2017 00:28

“Tavriya”nın vurduğu uşaq öldü

18 Avqust 2017 00:19

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu -

18 Avqust 2017 00:14

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

18 Avqust 2017 00:09

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08

Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır – VİDEO

17 Avqust 2017 23:58

İspaniyadakı teraktı İŞİD törədibmiş

17 Avqust 2017 23:49

Təminat verirəm ki, müharibə olmayacaq -

17 Avqust 2017 23:48

Bakıda marketdə yanğın olub

17 Avqust 2017 23:42

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

17 Avqust 2017 23:37

Azərbaycan və Rusiyanın BMT-dəki daimi nümayəndələri görüşüblər

17 Avqust 2017 23:30

Fanatı müğənniyə görə köynəyini çırdı - VİDEO

17 Avqust 2017 23:18

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

17 Avqust 2017 23:12

Ər-Riyad Dohaya güzəştə getdi -

17 Avqust 2017 23:05

Barselonadakı terrorçu tutuldu

17 Avqust 2017 22:54

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 60 nəfərə çatıb

17 Avqust 2017 22:52

5 yaşlı Zeynəbin – FACİƏLİ ÖLÜMÜ - VİDEO

17 Avqust 2017 22:48

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb

17 Avqust 2017 22:42

Venesuelada həbsxana qana boyandı -

17 Avqust 2017 22:39

Polis İspaniyada terror aktı törədən şəxsi saxlayıb

17 Avqust 2017 22:37

40 min illik qarışqa fosilindən hazırlanan təsbeh SATIŞA ÇIXARILDI

17 Avqust 2017 22:33

İspaniyadakı terrorçunun kimliyi bəlli oldu

17 Avqust 2017 22:29

Barselonada üç polisi maşın vurdu

17 Avqust 2017 22:24

Qurban Qurbanov: “Oyunçulardan tələbim bu idi ki…”

17 Avqust 2017 22:18

Barselonada avtomobil 3 polis əməkdaşını vurub

17 Avqust 2017 22:17

"Barselona"da ciddi itki -

17 Avqust 2017 22:15

Barselonanı qana bulayan terrorçunun şəxsiyyəti müəyyənləşib

17 Avqust 2017 22:06

Tramp bir tvitlə şirkətə 6 milyard dollar ZƏRƏR VERDİ

17 Avqust 2017 21:53

Barselonadakı terroru törədənin KİMLİYİ BİLİNDİ - FOTO

17 Avqust 2017 21:53

“Pul gəlmiş, papaq getmiş” – aparıcı saxta dostlarını IFŞA ETDİ

17 Avqust 2017 21:48

Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib

17 Avqust 2017 21:47

Oğlanlardan qaçdı.Meşədə itkin düşdü-

17 Avqust 2017 21:45

Ramil Quliyev ona yönələn ittihamlardan danışdı: "Eşitmişəm "fərari" deyirlər" - MÜSAHİBƏ

17 Avqust 2017 21:44

Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI

17 Avqust 2017 21:33

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI -

17 Avqust 2017 21:29

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşdi

17 Avqust 2017 21:20

Gözəl qadın yoxsa yaraşıqlı kişi? - cinsini dəyişənlərdən İNANILMAZ FOTOLAR

17 Avqust 2017 21:18

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada - FOTOLAR

17 Avqust 2017 21:03

Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər -

17 Avqust 2017 20:57