JIJI PRESS: Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsi sürətlənir

09:33 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 10 dekabr, AZƏRTAC. 
Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəməri layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat yayıb.
“Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsi sürətlənir” adlı məqalədə bildirilir ki, Türkiyənin Baş nazir Əhməd Davudoğlu bu yaxınlarda Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Səfər çərçivəsində aparılan danışıqlar zamanı Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdıracaq Trans-Anadolu qaz boru kəməri-TANAP layihəsinin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında Türkiyənin Baş nazirinin sözlərinin sitat gətirildiyi məqalədə deyilir: “Trans-Anadolu qaz boru kəməri-TANAP layihəsi Balkan və Qafqaz regionu ölkələrini bir araya gətirən, Xəzər dənizi ilə Adriatik dənizi arasında dəhliz rolunu oynayan böyük bir sülh layihəsidir. Bu layihə Türkiyə ilə Azərbaycanın qətiyyətli siyasi iradələri nəticəsində reallaşır”.
Əlavə olaraq agentlik bildirir ki, layihənin 2018-ci ildə başa çatdırılması üçün işlərin sürətləndirilməsi barədə razılıq əldə olunduğunu qeyd edən Baş nazir deyib: ”Biz layihənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcəyik”.
 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/JIJI_PRESS_Azerbaycan_Turkiye_qaz_boru_kemeri_layihesi_suretlenir-909884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR