Azərbaycandan Türkiyəyə daha bir güzəşt

Azərbaycandan Türkiyəyə daha bir güzəşt
09:41 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb.

Bunu ölkə hökumətindən deyiblər. Öz növbəsində, Türkiyə Azərbaycandan avtobus və iritonnajlı avtomobillərin ölkə ərazisində mütəmadi qalma müddətini 30 gündən 90 günədək uzadıb.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib ki, iki ölkə arasında tranzit daşımalarının böyük həcmi nəzərə alınsa, bu, aktual qərardır:

"Azərbaycanın iritonnajlı avotmobillərinin Türkiyədə uzun müddət qalması və geriyə qayıdarkən malların yüklənilməsi üçün imkanları olması məqsədilə Türkiyə qarşısında dəfələrlə bu məsələni qaldırmışıq. Hazırda bunu Türkiyədə az qalma müddətinə görə etmək problem yaradır".

Azərbaycan bundan əvvəl də Türkiyəyə müəyyən güzəştlər həyata keçirib. Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.

Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.





Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.

Noyabrın 25-dən Türkiyə TIR-larına Gürcüstan - Rusiya sərhədində problemlər yaradılıb. Bu məsələ iki gün sonra Bakıya gələn Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı ilə görüşünüdə müzakirə edilib. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.


Bakı limanı

Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, Türk TIR-ları Azərbaycan ərazisindən güzəştli şərtlərlə keçəcək.

Bundan başqa, prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Həmçinin oxuyun:

Əliyev Ərdoğana qapıları açdı

Türk TIR-lar Azərbaycandan keçərək Orta Asiyaya çatdırılır (VİDEO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR