Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub

Date: 10 December 2015 09:42

"Report" xəbər verir ki, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 10 dəqiqə gecikməli olub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, səhər saatlarında qatarların birində nasazlıq olub. 
"Nəticədə, qatarlar arasında interval pozulub. Ona görə də qatarların hərəkətində gecikmə baş verib. Lakin hazırda qrafik üzrə hərəkət bərpa olunub", - deyə  N.Paşayev əlavə edib.  

Tags:  Bakı metrosunda qatarların hərəkətində gecikmə olub

RƏYLƏR


Top news