Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mark Zukerberq müsəlmanları dəstəklədi

Mark Zukerberq müsəlmanları dəstəklədi

Date: 10 December 2015 09:46

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.

Axşam.az Trend-ə istinadən məlumat verir ki, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", — deyə o bildirib.

Zukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp sensasion bəyanatla çıxış edib. Milyarder respublikaçıların ən real namizədi müsəlmanları ABŞ-a ümumiyyətlə buraxmamağa çağırıb.

Tramp yaydığı yazılı açıqlamada Amerikanın yenidən böyük və hegemon olmasından danışıb. O, bildirib ki, Amerikadakı müsəlmanların böyük əksəriyyətinin amerikalılardan zəhləsi gedir. Ona görə ölkə daxilində sərt tədbirlər alınana qədər müsəlmanların ölkəyə girişinin qadağan edilməsi daha vacib olardı.


Tags:  Mark Zukerberq müsəlmanları dəstəklədi

RƏYLƏR


Top news