Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət Departamenti Leyla Yunusla bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti Leyla Yunusla bağlı bəyanat verdi

Date: 10 December 2015 09:52

"Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq".

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bildirilir ki, Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir:

"Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları  sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq".

Milli.Az


Tags:  ABŞ Dövlət Departamenti Leyla Yunusla bağlı bəyanat verdi


RƏYLƏR


Top news