Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Departamenti: "Leyla Yunusun azadlığa buraxılmasını alqışlayırıq"

Dövlət Departamenti: "Leyla Yunusun azadlığa buraxılmasını alqışlayırıq"

Date: 10 December 2015 09:59

“Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq”.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.  Bildirilir ki, Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir: "Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları  sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq". 


Tags:  Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılmasını alqışlayırıq


RƏYLƏR


Top news