Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılması qərarını alqışlayıb

ABŞ Dövlət Departamenti  Leyla Yunusun azadlığa buraxılması qərarını alqışlayıb

Date: 10 December 2015 10:02

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Apellyasiya Məhkəməsinin "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusun azadlığa buraxılmasıyla bağlı qərarına münasibət bildirib. "Report" Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, ABŞ bu addımı alqışlayıb.
"Bu qərarı alqışlayırıq. Noyabrda da onun həyat yoldaşı Arifin azadlığa buraxılmasını nəzərə alsaq, bu addımları müsbət addımlar olaraq dəyərləndiririk. Səbirsizliklə belə addımların davamını gözləyirik", - bəyanatda deyilir.
Dövlət Departamentindən bildiriblər ki, Azərbaycan hökuməti ilə əməkdaşlıq şəklində ikitərəfli münasibətlərin bütün sferalarında, o cümlədən təhlükəsizlik, energetika, demokratiya və insan hüquqları sahələrində inkişafa nail olmaq üçün bütün imkanların araşdırılmasına davam etməyə hazırdılar.
Xatırladaq ki, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Tags:  ABŞ Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılması qərarını alqışlayıb


RƏYLƏR


Top news