Adel türk çıxdı

Adel türk çıxdı
10:06 10 Dekabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın ən güclü səslərindən biri hesab edilən Adel türk çıxdı. ANS PRESS-in məlumatına görə, bu barədə yazı "Hürriyət" qəzetində yer alıb. Günlərdir "Million Years Ago" (Milyon illər öncə) mahnısının türk sənətçi Ahmet Kayanın "Acılara Tutunmak" mahnısından plagiat olması ilə bağlı iddialarla gündəmə gələn Adel haqqında daha bir maraqlı fakt yayılıb.

Sən demə o türk əsillidir. Bunu Adelin özü reportajlarından birində deyib. Məşhur müğənni 2009-cu ildə Hollandiyanın RT4 kanalına açıqlamalar verib.

Böyük doğuduğu yerləri gəzən həyatı barədə danışan Adel artıq çəkisi barədə danışıb. O, uşaqlığından bəri heç zaman arıq olmadığını qeyd edib. "Musiqi qulaq üçündür, göz üçün yox. Görünüşüm də dünya üçün yox, sevgilim üçün önəmlidir. O xoşbəxt olduğu müddətdə mən də xoşbəxtəm. Britni Spirs kimi arıq olmağın neçəyə başa gəldiyini bilirsiniz? Bunun üçün nə pulum, nə də zamanım var".


Adelin 6 il öncəki müsahibəsi

O, yemək yeməyi sevdiyini, babası kimi artıq çəkili olduğunu deyib. "Ailəm türk, ispan və ingilis əsillidir". Lakin aparıcı bu sualla bağlı əlavə məlumatlar əldə etmək istəmir. Ona görə də, bu məsələ bağlı qalıb. Onun ata və ya ana tərəfdən türk əsilli yaxınlarının olduğu isə bəlli deyil.

İfasının A.Kayanın mahnısı ilə yaxınlığının da bununla bağlı olub ola-bilməyəcəyi bəlli deyil. Adel özü də bu barədə hələlik açıqlama verməyib.



Adelin türk əsilli olması ilə bağlı dediklərinə 7-ci dəqiqədən sonra baxa bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR