Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çin telekommunikasiya peykini orbitə göndərib

Çin telekommunikasiya peykini orbitə göndərib

Date: 10 December 2015 10:06

Çin «ChinaSat 1C» telekommunikasiya peykini orbitə göndərib. Peyk « Long March-3B» raketdaşıyıcısı ilə Çinin cənub qərbində yerləşən “Siçan” kosmodromundan buraxılıb.
 
 
«ICTnews» elektron xəbər xidməti «itar-tass.com» resursuna istinadən yazır ki, bu peyk yüksək keyfiyyətli səs rabitəsini, məlumatların ötürülməsini, həmçinin radio və televiziya yayımını təmin edəcək.
 
 
Telekommunikasiya peykini Çin Kosmik Texnologiyalar Akademiyası hazırlayıb.
 
 
Emil Hüseynov



Tags:  Çin telekommunikasiya peykini orbitə göndərib


RƏYLƏR


Top news