"Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan nefçitlərin son vəziyyəti açıqlanıb

10:07 10 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, xəstələrin səhhətində heç bir problem yoxdur: "Hətta bəzilərini evə də yaza bilərik. Lakin onları bir neçə gün də həkim nəzarəti altında saxlamaq istəyirik. Çünki onların psixoloji durumu narahatdır. Ancaq ümumilikdə götürdükdə səhhətində hər şey qaydasındadır. Bir azdan həkimlər yenidən xəstələrin ümumi vəziyyətləri ilə maraqlanacaq. Bundan sonra bu gün üçün evə buraxılması məsləhət görülən xəstələr haqqında qərar qəbul edilə bilər".
L. Seyidbəyli onu da qeyd edib ki, bu dəqiqəyə olan məlumata görə evə buraxılan digər xəstələrdən poliklinikaya müraciət edən olmayıb: "Bəlkə də gün ərzində ola bilsin. Bu da onların keçirdiyi şokla bağlıdır. Bu da dəqiq deyil".
Qeyd edək ki, hazırda xəstəxanada 13 xəstənin müalicəsi davam edir.
Məlumat üçün bildirək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/nefcitlerin-son-veziyyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR