Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AMEA-da struktur dəyişikliyi olub

AMEA-da struktur dəyişikliyi olub

Date: 10 December 2015 10:14

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilib.

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elmin populyarlaşdırılması sahəsində işin səmərəliliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyətinin iclasında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərlər məcmuəsi”nin işinin təşkili və nəşri İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin tabeliyinə verilib.

Həmçinin idarənin strukturunda Elmi nailiyyətlərin təbliği şöbəsi yaradılıb.

Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva şöbənin rəisi vəzifəsinə təyin edilib.

 


Tags:  AMEA-da struktur dəyişikliyi olub

RƏYLƏR


Top news