Çempionlar Liqası: 1/8 finala kimlər çıxıb?

Çempionlar Liqası: 1/8 finala kimlər çıxıb?
10:17 10 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, ötən gecə 1/8 final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib. 
 
Bu mərhələdə çıхış edəcək 16 komanda 10 ölkə təmsilçisi çıxış edəcək. 1/8 finala İspaniya və İngiltərənin 3, Almaniya və İtaliyanın 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçikanın 1 komandası çıхıb. 

1/8 finalın püşkü dekabrın 14-də keçiriləcək. Püşkatmada qrup qalibləri və ikinciləri fərqli səbətlərdə yer alacaq. Bu üzdən növbəti mərhələdə 1-ci yer sahibləri 2-ci yeri tutanlarla görüşəcək. Əsasnaməyə görə ilk oyunlar ikincilərin meydanında baş tutacaq.
 
Qrup qalibləri: "Real", "Atletiko", "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bavariya" (hər ikisi Alrmaniya), "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Zenit" (Rusiya)

Qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo" (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqas-18-finala-kimlr-cxb-t46048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR