Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda institutun adı dəyişdirildi

Azərbaycanda institutun adı dəyişdirildi

Date: 10 December 2015 10:18

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adı dəyişdirilərək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Trend-in məlumatına görə, bu barədə qərar Azərbaycan Təhsil Nazirliyinin təklifi əsasında Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qərara müvafiq olaraq "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Əlavə təhsil müəssisələri" bölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu".

Milli.Az


Tags:  Azərbaycanda institutun adı dəyişdirildi


RƏYLƏR


Top news