Fahişəliyə görə cəzaların artırılması məsələsinə aydınlıq gəldi

Fahişəliyə görə cəzaların artırılması məsələsinə aydınlıq gəldi
10:34 10 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fahişəliklə məşğul olan şəxslərə dair cərimənin artırılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bunu Milli.Az-a açıqlamasında vəkil Asif Abdullayev Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılmasının planlaşdırılmasına dair yayılan məlumata münasibət bildirərkən deyib.

Hüquqşünasın sözlərinə görə, ümumiyyətlə qanunvericiliyə belə bir dəyişiklik mövcud deyil: "Əksər saytlarda yalnız məlumat yayılıb ki, güya İnzibati Xətalar Məcəlləsinin (İXM) 523-cü maddəsinə dəyişiklik edilib və fahişəliyə görə cərimə 100 manat müəyyən edilib. Güya ki, əvvəllər İnzibati Xətalar Məcəlləsində fahişəliklə məşğul olmaya görə cərimə 35-40 manat idi, indi isə artırılaraq 100 manat müəyyən edilib.

İlk növbədə qeyd etmək istəyirəm ki, həmin məcəllənin 523-cü maddəsi ümumiyyətlə mövcud deyil. Çünki İXM cəmi 458 maddədən ibarətdir.

Eyni zamanda, fahişəliyə görə cərimə İXM-nin 308-ci maddəsində nəzərdə tutulur. Əvvəllər həmin maddəyə əsasən, fahişəliklə məşğul olan şəxsləri 35-40 manatadək cərimə gözləyirdi. Lakin 2 noyabr 2012-ci il tarixdə qəbul edilmiş qanuna əsasən, həmin maddəyə müvafiq dəyişiklik edildi və fahişəliklə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş cərimənin məbləği 80-100 manatadək artırıldı. Yəni, hazırda dəyişiklik edilməsi ilə bağlı yayılan məlumat səhvdir. Bu cür dəyişiklik artıq 2012-ci ildə edilib".
 

Qeyd edək ki, yayılan məlumatlarda deyilir: "Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması planlaşdırılır. Bu məqsədlə Milli Məclisə təqdim edilmiş dəyişiklikdə İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində əxlaqsızlıqla məşğul olan şəxslərin 100 manat məbləğində cərimələnməsi nəzərdə tutulur. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu əmələ görə cərimənin miqdarı 35-40 manat təşkil edir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR