​Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması qaydalarında dəyişiklik edilib

10:37 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, bu qayda enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi üzrə tikinti obyektlərinin layihə sənədlərinə olan ümumi tələbləri müəyyən edir.
İndiyədək bu qaydalar mədəni və tarixi abidələr siyahısına daxil edilən bina və qurğulara (tikililərə), məbədlərə, hündürlüyü üç mərtəbədən çox olmayan fərdi yaşayış və bağ evlərinə, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə şamil edilmirdi.
Dəyişikliyə əsasən, bundan sonra mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektləri də bu siyahıya əlavə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/enerji-semereliliyinin-artirilmasi-qaydalarda-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR