Türkan Şoray "Günəşli"də baş verən faciədən danışdı - fotolar

Türkan Şoray "Günəşli"də baş verən faciədən danışdı -  fotolar
10:41 10 Dekabr 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Türkan Şoray və qızı Yağmur Ünəl Bakının qonağı olub.

Axşam.az-ın məlumatına görə, rejissoru olduğu "Uzaqlarda arama" adlı filmin qala gecəsinə qatılan aktrisa “Günəşli” yatağında baş verən qəzadan bəhs edib:

“Biz qardaş ölkəyik. Burada baş verən bütün hadisələrdən xəbərimiz olur. Bir neçə gün əvvəl burada “Günəşli” yatağında qəza olub. Orada dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Ailələrinə isə səbr versin”.

Aktrisa Bakı sevgisindən də danışıb:

“Bura bir neçə dəfə gəlmişəm. İllərdir Azərbaycana öz filmimlə gəlib, qalaya qatılmağı arzulayıram. Qızım da buranı çox sevdi. Hətta deyir ki, imkanımız olsaydı, bir neçə gün də qalardıq. Həm insanları gözəldir, həm də şəhər təmiz və gəzməlidir”.

Yağmur Ünal isə “Bakını çox bəyəndim. Bundan sonra bura tez-tez gələcəm” deyə, əlavə edib.

Foto: Ramin ASLANOV














Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR