Azərbaycanlı müğənni mühacirətə gedib?

Azərbaycanlı müğənni mühacirətə gedib?
10:57 10 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl Məhəmməd Əmin Rəsulzadəyə mahnı həsr etdiyi üçün gündəmə gələn müğənni Qismət Məmmədzadə siyası sığınacaq alıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, müğənni mühacirət üçün Almaniyanı seçib.

Sənət yoldaşlarının sözlərinə görə, Qismət artıq bir neçə həftədir ki, Almaniyada yaşayır.

"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Qismət hazırda Almaniyada olduğunu təsdiqləyib. Amma müğənni sığınacaq almadığını bildirib.

Qeyd edək ki, Qismət sosial şəbəkədə telekanalların ona qadağa qoyduğunu yazmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR