Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səmərqənd Dövlət Universitetində "Azərbaycan gecəsi" keçirilib

Səmərqənd Dövlət Universitetində "Azərbaycan gecəsi" keçirilib

Date: 10 December 2015 10:58

Bakı. 10 dekabr. REPORT.AZ/ Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan mədəniyyəti, musiqiləri və rəqslərinə həsr olunan "Azərbaycan gecəsi" keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə Səmərqənd Vilayəti hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdəki Azərbaycan diaspora təşkilatının üzvləri iştirak ediblər.
Səmərqənd Dövlət Universitetinin prorektoru Alişer Eştaev tədbirdə giriş sözü ilə çıxış edərək, özbək və Azərbaycan xalqları arasında dostluqdan danışaraq, bu əlaqələrin böyük tarixi olduğunu vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın tarixi, mədəni bağlılığı, eyni soykökə, dil və adət-ənənələrə malik bu xalqların yaratdığı mədəniyyət nümunələrindən danışıb.
Özbəkistanda Azərbaycan musiqisinə böyük maraq olduğunu qed edən S.Abbasov Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və başqa sənətçilərin yaradıcılığının, ifalarının qardaş ölkədə çox sevildiyini vurğulayıb.
Səmərqənd vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Ədilağa Mirzəyev Özbəkistanda azərbaycanlılar üçün bütün şəraitin yaradıldığını, azərbaycanlıların həmişə Özbəkistanın ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edib. 
Tədbirdə Azərbaycanın təbiəti, zəngin mədəniyyəti, turizm potensialı, kilinariyasına dair videoçarx nümayiş etdirilib.
Daha sonra təşkil olunan bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri Abdumalik Tatlı, İsroil Saidumarov, Kökəb Əliyeva Azərbaycan musiqilərini səsləndiriblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Köçəri", "Uzundərə", "Tello" və digər milli rəqsləri ifa ediblər. 








Tags:  Səmərqənd Dövlət Universitetində Azərbaycan gecəsi keçirilib

RƏYLƏR


Top news