Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib
10:58 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Vergilər Nazirliyində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılmışdır. Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilmiş, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixldə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov qeyd etmişdir ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
Bildirilmişdir ki, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcəkdir. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60.000 manatdan 100.000 manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır. Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcəkdir ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.

Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri bildirmişdir ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir.

Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosial yönümlü olması, o cümlədən əhalinin böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir ki, bütün bunlar artıq Məcəllədə öz əksini tapmışdır və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun və digər normativ hüquqi aktların tətbiqi ilə əlaqədar konkret Tədbirlər Planının təsdiq edilməsi barədə əmr imzaladığını diqqətə çatdıran F.Məmmədov həmin planda nəzərdə tutulan tədbirlərin icrasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O, bildirib ki, Planda Vergi Qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni Qaydaların hazırlanması və ya mövcud Qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexaniziminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexaniziminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirlməsi, bu və bu kimi digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.

Tədbirlər Planında büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV-lər vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının təqdiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Yekunda vergilər naziri Fazil Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə Silahlı Qüvvələri

18 Avqust 2017 11:10

“Mehmetcik”dən AĞIR ZƏRBƏ: 58 terrorçu öldürüldü

18 Avqust 2017 11:08

İspaniyada terror hücumunda iştirakda şübhəli bilinən üçüncü şəxs saxlanılıb

18 Avqust 2017 11:07

Millət vəkilinin bacısı qəzaya düşdü: daha 3 yaralı

18 Avqust 2017 11:04

BP və tərəfdaşları I yarımillikdə Azərbaycanda sosial layihələrə 3,5 mln. dollar xərcləyib

18 Avqust 2017 11:02

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı açıqlanıb

18 Avqust 2017 11:02

Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib

18 Avqust 2017 11:02

Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır

18 Avqust 2017 11:02

"Vardar" "Fənərbaxça"nı əliboş yola saldı

18 Avqust 2017 11:00

Azərbaycanlı aktyorlar səhnəyə yarıçılpaq çıxdı – FOTOLAR

18 Avqust 2017 10:58

Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

18 Avqust 2017 10:57

Qazaxıstan prezidenti: “Latın əlifabasına keçmək rus və kiril əlifbadan imtina demək deyil”

18 Avqust 2017 10:57

“Qəbələ” əvəzedicilərinə qalib gəldi

18 Avqust 2017 10:57

Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı, həbslər var

18 Avqust 2017 10:54

Vasif Məhərrəmli qızı və oğlu ilə - FOTOLAR

18 Avqust 2017 10:49

Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi - FOTO

18 Avqust 2017 10:48

Türkiyədən Suriyaya tunel çəkilir

18 Avqust 2017 10:48

Ramil Quliyevin ukraynalı xanımı - FOTOLAR

18 Avqust 2017 10:47

XİN: Barselonada törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

18 Avqust 2017 10:42

Amerikalı politoloq: "Azərbaycanda bütün dinlərin nümayəndələri həmişə dinc şəkildə birgə yaşayıblar"

18 Avqust 2017 10:42

Amerika şirkəti Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün təkliflər irəli sürüb

18 Avqust 2017 10:42

Türkiyədə zəlzələ:

18 Avqust 2017 10:39

Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

18 Avqust 2017 10:37

Jestləri tanıyan əlcək hazırlanıb

18 Avqust 2017 10:35

ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR

18 Avqust 2017 10:28

DƏHŞƏT: 56 yaşlı kişi özünü asdı

18 Avqust 2017 10:27

3 yaşlı qızı oğurladılar və...

18 Avqust 2017 10:23

Səkinə İsmayılova adını daşıyan nəvəsinə ad günü etdi - FOTOLAR

18 Avqust 2017 10:19

Məşhur cütlükdən ÜZÜCÜ xəbər: “Boşanırıq”

18 Avqust 2017 10:18

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

18 Avqust 2017 10:18

"Beşiktaş" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır

18 Avqust 2017 10:17

Bakıda qadını gecə klubunda döydülər

18 Avqust 2017 10:14

Bakıda 15 yaşlı qız itkin düşdü

18 Avqust 2017 10:13

Texasda qasırğa: 22 ölü, 1 milyard ziyan...

18 Avqust 2017 10:09

"Barselona"nın baş məşqçisi Arda Turan qərarını açıqladı

18 Avqust 2017 10:07

Lənkəranskinin il mərasimi keçirilir - Avtoritetlər toplaşır

18 Avqust 2017 10:03

İlham Əliyevdən İspaniya kralına BAŞSAĞLIĞI

18 Avqust 2017 09:59

İki gün əvvəl dənizdə batan gənclərin meyiti tapıldı

18 Avqust 2017 09:58

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib

18 Avqust 2017 09:57

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

18 Avqust 2017 09:53

ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib

18 Avqust 2017 09:52

Azərbaycan Prezidenti: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”

18 Avqust 2017 09:52

Bu günə olan valyuta məzənnələri

18 Avqust 2017 09:52

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

18 Avqust 2017 09:48

2 qız anası olan Tuba Büyüküstünün 6 illik ərinə xəyanət görüntüləri yayıldı - FOTO

18 Avqust 2017 09:48

Xəzər dənizində batan iki gəncin meyiti tapılıb

18 Avqust 2017 09:47

Neftçalda 56 yaşlı kişi intihar edib

18 Avqust 2017 09:47

"Qarabağ"ın səfər planı müəyyənləşdi

18 Avqust 2017 09:47

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

18 Avqust 2017 09:47

Türkiyədə fəhlələri daşıyan traktor aşıb, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

18 Avqust 2017 09:42