2015-ci ildə saxta ödənişlərin sayı 30 faiz artıb

2015-ci ildə saxta ödənişlərin sayı 30 faiz artıb
11:12 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

«ACI Worldwide» şirkətinin hesabatına əsasən, 2015-ci ildə saxta ödənişlərin sayı ötən illə müqayisədə 30 faiz yüksəlib. Şirkətin mütəxəssisləri iri pərakəndə ticarət şəbəkələri üzrə yüz milyonlarla tranzaksiya məlumatlarını təhlil ediblər.
 
 
«ICTnews» elektron xəbər xidməti «ubr.ua» saytına istinadən xəbər verir ki, ekspertlərin məlumatına görə, 2014-cü ildə hər 114-cü ödəniş hakerlər tərəfindən həyata keçirilmişdisə, bu il göstərici 86-ya bərabərdir.
 
Bu, alıcıların onlayn ödənişlərə keçidi və bankların qeyri-qanuni tranzaksiyaların aşkarlanmasına gecikmiş reaksiyası ilə izah edilir.
 
 
Bununla belə, «EMV» çipləri ilə təchiz edilmiş daha təhlükəsiz bank kartlarına keçid həyata keçirilən ödənişlərə nəzarəti gücləndirməyə imkan verib.
 
 
 
2015-ci ildə bir neçə perspektiv fırıldaqçılıq növü meydana çıxıb. Kibercinayətkarlar rəqəmli yükləmələrə (məsələn, hədiyyə kartları) önəm verməyə başlayıblar: hazırda bu sahədə fırıldaqçılığın tezliyi 9,55 faizə yaxınlaşıb. Sürətli (6,57 faiz) və beynəlxalq çatdırılma (2,38 faiz) xidmətləri sahəsində, internet üzərindən edilən alış-verişlərdə (2,15 faiz) yüksək fırıldaqçılıq göstəriciləri müşahidə olunur.
 
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40254-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR