Taekvondoçularımız Dünya Kubokunda 1-ci oldular (VIDEO)

Taekvondoçularımız Dünya Kubokunda 1-ci oldular (VIDEO)
11:16 10 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku keçirilib.

ANS PRESS-in məlumatına görə, 8-9 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası ( DTF) tərəfindən təşkil edilən yarışda, kişilərdən ibarət yığma komandamız uğura imza atıblar.

Yığma komandamızın baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.

Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz, qrup mərhələsində yerlərini möhkəmləyiblər.

Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq, finala vəsiqəni təmin edib. Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib çıxıblar.


Taekvondoçularımızın final döyüşləri və təltif etmə mərasimi (döyüşlər 02:38:00-dan, təltifetmə 03:22:08-dən)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR