İtkin düşmüş neftçilərin axtarışları gücləndirilib

İtkin düşmüş neftçilərin axtarışları gücləndirilib
11:18 10 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları yenidən davam etdirlib. Belə ki, dünən axşam saatlarında əleverişsiz hava şəraiti ilə bağlı axtarışlar dayandırılmışdı. Bu gün bərpa olunan axtarışlara əlavə texniki qüvvə cəlb olunub.

Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, itkin düşmüş neftçilərin axtarışlarına FHN-nın əlavə helikoperleri, eləcə DSX gəmiləri cəlb olunub.

Qəza baş vermiş platformada isə yanğın hələ də davam edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR