Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günay Firudinqızı: "Deyə bilmirdim"

Günay Firudinqızı: "Deyə bilmirdim"

Date: 10 December 2015 11:22

Günay Firudinqızı yeni layihə ilə efirə qayıdır.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, efir həyatına bir müddət ara verən Günay ona ünvanlanan sualları cavabsız qoymaq məcburiyyətində idi. Nəhayət, onun yeni telelayihəsi işıq üzü görəcək: 

"Xeyli vaxt idi, hamı məndən harada olduğumu soruşurdu. Deyə bilmirdim. Amma indi bəyan edirəm ki, mən "Geriyə baxanda" verilişinə hazırlaşırdım. Hər zaman arzu etdiyim insanları bundan sonra verilişimdə görəcəm. Azərbaycanın tarixində kərpic qoyan insanlar mənim qonağım olacaqlar. İllərdir ürəyimdə yığılan suallar nəhayət ki, ünvanına yetişəcək. Siz isə izləyin... Artıq həyatımda yeni bir səhifəyə başladım. Rəbbim mənə yeni qapı açdı. Zəhməti olan hər kəsə sonsuz təşəkkürlər".

Teleaparıcı sonda verilişin hər həftənin bazar günü efirdə olacağını qeyd edib. 

Milli.Az


Tags:  Günay Firudinqızı Deyə bilmirdim



RƏYLƏR


Top news