"Kapital Bank"dan Yeni il hədiyyə kampaniyası

"Kapital Bank"dan Yeni il hədiyyə kampaniyası
11:23 10 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
"Kapital Bank" ani stimullaşdırıcı lotereya formasında "Yeni il" hədiyyə kampaniyasına start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dekabrın 10-dan 2016-cı il yanvarın 15-dək "Kapital Bank"dan "Gündəlik tələbat" kredit növü üzrə istənilən məbləğdə kredit əldə edən şəxslər lotereyanın iştirakçısına çevrilirlər. Həmin müddətdə adına kredit rəsmiləşdirilən müştəri şəffaf qutuda olan lotereya kuponlarından birini çıxarmaq hüququnu əldə edəcək. Biletin üzərindəki qoruyucu örtüyü pozduqda müştəri uduş fonduna daxil olan hədiyyələrdən birinə sahib olacaq. Uduşa 0 faiz komissiya, faiz dərəcələrinə 5 faizdən 1 faizədək endirim və tam faizsiz kreditlər daxildir. Kampaniyada iştirak edən bütün lotereya kuponları uduşludur. Lotereya kuponu bankın əməkdaşına təqdim edildikdə, uduş müştərinin əldə etdiyi kreditə dərhal tətbiq ediləcək. Ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilir.
"Gündəlik tələbat" kreditinin məbləği 500 AZN-dən 15 min AZN-dək təşkil edir. Kreditlər 6-36 ay müddətinə verilir. Bu növ üzrə kreditlər "Kapital Bank"dan maaş və ya pensiya kartı olan şəxslərə verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotKapital_Bank_quotdan_Yeni_il_hediyye_kampaniyasi-909908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR