Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvondo yığmamız dünya kubokunu Bakıya gətirir

Taekvondo yığmamız dünya kubokunu Bakıya gətirir

Date: 10 December 2015 11:27

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi komandalararası dünya çempionatının qalibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Reza Mehmandustun baş məşqçisi olduğu yığma bu uğura Mexikonun paytaxtı Meksikada imza atıb. 

İran, Özbəkistan və Meksikanın yer aldığı A qrupunu lider kimi tamamlayan komanda yarımfinalda Cənubi Koreyanı, finalda İranı məğlub edib. Bürünc medallara Rusiya və Cənubi Koreya sahib olublar. 

Bundan başqa, Azərbaycan millisindən Milad Beygi Harçeqani ən yaxşı taekvondoçu, Reza Mehmandust isə ən yaxşı baş məşqçi sayılıblar. 

Qeyd edək ki, dünya çempionatında 8 ölkə mübarizə aparıb. 

Milli.Az


Tags:  Taekvondo yığmamız dünya kubokunu Bakıya gətirir

RƏYLƏR


Top news