Azərbaycanlı nənə yetkinlik yaşına çatmayan nəvəsini Rusiyadan qeyri - qanuni yollarla çıxarmağa çalışıb.
ANS PRESS-in məlumatına görə, hadisə Tümen şəhərində baş verib.
O, Tümen hava limanında yetkinlik yaşına çatmayan qızla birlikdə şəhərin dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Nənə qızı ölkədən saxta sənədlərlə çıxarmaq istəyib. Qız valideynlərinə qaytarılıb. Nənə isə təyyarə ilə Azərbaycana qayıdıb.
Hadisənin baş verdiyi Tümen şəhəri
Polis faktla bağlı araşdırmaları davam etdirir.