Kiyevdə keçirilən əməliyyat nəticəsində rusiyalı diversant öldürüldü

Kiyevdə keçirilən əməliyyat nəticəsində rusiyalı diversant öldürüldü
11:39 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevin Obolonsk rayonunda təxribatçı qrupa qarşı keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən rusiyalı diversant öldürülüb.

APA-nın "vesti-ukr.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qilyanskaya məlumat verib.

O bildirib ki, əməliyat nəticəsində Ukraynanın bir neçə şəhərlərində fəaliyyət göstərən 2 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılıb.

Əməliyyat nəticəsində yaralanan təhlükəsizlik xidməti əməkdaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Təxribatçı qrupun sığınacağı olan mənzildən isə partlayıcı maddələr, silah-sursat, 2 mindən artıq patron və 40 mərmi aşkarlanaraq götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR