Tolik: "Siz arvad diapazonunda oxuyanınızla məşğul olun"

Tolik: "Siz arvad diapazonunda oxuyanınızla məşğul olun"
11:42 10 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) birlikdə çalışdığı müğənni Elton Hüseynəliyevi müdafiə edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bir çoxlarının E.Hüseynəliyevi ruhdan salmaq istədiyini bildirib:

"Çox şükürlər olsun ki, Elton yeni işlərə imza atır. Bəziləri elə bildilər ki, Eltonu ruhdan salacaqlar, amma alınmadı. Siz yalnız arvad diapazonunda oxuyanınızı ora-bura salmaqla məşğul olun. Ruzini verən Allahdır. Əsas odur ki, Elton lazım olan zirvədədir və yaxşı insanlar əhatəmizdədirlər. Birinin arxasınca danışanda bir az çevrilib ətrafınızdakılara da baxın. Görün sizin arxanızda nə qədər danışan var. Bizdə hər şey yaxşıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR