Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-cı ilin Santa Claus və Qar qızı onlardır - dünya çempionu Anar və müğənni Günel... - FOTOSESSİYA

2016-cı ilin Santa Claus və Qar qızı onlardır - dünya çempionu Anar və müğənni Günel... - FOTOSESSİYA

Date: 10 December 2015 11:49

Tanınmış estrada müğənnisi Günel Ələkbərova ilə boks, kikboksinq idman növləri üzrə dünya və Avropa çempionu Anar Süleymanov Yeni İl ərəfəsində maraqlı layihəyə imza atıblar.

Türkiyəli fotoqraf Cihan Devecinin kamerası qarşısına keçən məşhurlar Yeni İl personajlarını özlərinə məxsus şəkildə canlandırıblar.

Cihan Deveci Metbuat.az saytına layihəsi haqqında belə məlumat verdi :

"Türkiyədə yaşayan memar-dizayner dostum Halime Coşkun bu vaxtda Azərbaycanda özünün bir çox ideyaları gerçəkləşdirib. Halime xanımın Yeni İlə özəl hazırladığı qeyri-adi şirniyyat maketi, dəmir tellərdən hazırladığı şam ağacı, çox fərqli divar və masa dekorunu mən fotolarla daha canlı etmək qərarını verdim.

İlk dəstək idmançı Anardan gəldi. O, bədəninin bütünlüklə qrim olunacağını bilə-bilə Santa Claus obrazını canlandırmaqdan imtina etmədi. Qar qız obrazını yaradacaq məşhurun kimliyini isə jurnalist və PR menecer Şahin Cavadsoya birgə dəqiqləşdirdik. Müğənni Günel Ələkbərova təklifimizə "hə" deyib çəkilişə razılıq verdi.

Bu fotosessiyada əməyi keçən komandamızı sizinlə tanış etmək istəyirəm:

Stilist - Elnur Nesibli Make up - Anastasiya Qordienko Retouch - Burcay Baltacı Qrim - Maqsud Məmmedov Fotoqraf assistentləri - Caner Çelikten Turkan Qaziyeva Menecer - Mikayıl Hüseynov Operator : Ruhi Mirzəyev Video montaj : Vüsal Süleymanov.

Ümidvarıq ki, oxucularınız bu fotosessiyasıya baxıb daha pozitiv əhval-ruhiyyəyə köklənəcəklər".













Tags:  Müğənni Günel Ələkbərova Anar Süleymanov Yeni İl Fotosessiya

RƏYLƏR


Top news