Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Cahangir Hacıyev özünü təqsirli bilmir"

"Cahangir Hacıyev özünü təqsirli bilmir"

Date: 10 December 2015 11:57

Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyevin səhhətində problemlər var:

"O, hələ də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Evdən gətirilən yeməkləri ona vermirlər. Orada verilən yeməkləri isə yeyə bilmir. Lakin dərmanlarını verirlər. Özünü cinayət işi üzrə təqsirli bilmir".

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Cahangir Hacıyev özünü təqsirli bilmir


RƏYLƏR


Top news