Cari ilin son rübünün əmək yarmarkalarında 130 nəfərə işə göndəriş verilib

Cari ilin son rübünün əmək yarmarkalarında 130 nəfərə işə göndəriş verilib
11:59 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 10 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu ilin noyabr ayının 24-dən etibarən muxtar respublikada cari ilin son rübünün əmək yarmarkaları keçirilib və müvafiq tədbirlər dekabr ayının əvvəllərində başa çatıb. Yarmarkalara muxtar respublika üzrə 149 təşkilatdan 1415 boş iş yeri çıxarılıb, 130 nəfər işaxtarana işə göndəriş verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmət tərəfindən cari ilin əvvəlindən başlayaraq muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerləri haqqında məlumatların hər ay toplanılması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla müvafiq müəssisələrdə sorğular keçirilib.
Qeyd edək ki, 2015-ci ilin ötən dövründə məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilin_son_rubunun_emek_yarmarkalarinda_130_nefere_ise_gonderis_verilib-909922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR