Avropa internet cəmiyyətinin yaradıcılarından biri vəfat edib

12:07 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Avropa internet cəmiyyətinin təsisçilərindən biri Robert Blokzayl 73 yaşında vəfat edib. Onunla vida mərasimi dekabrın 11-də Niderlandın Baehem şəhərində keçiriləcək.
 
Niderlandda nüvə fiziki kimi fəaliyyətə başlayan R.Blokzayl sonradan işini İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) davam etdirib. O, 1989-cu ildə IP şəbəkələrinin inkişafı ilə məşğul olan "RIPE” (Réseaux IP Européens) təşkilatını yaradaraq ona 2013-cü ilədək rəhbərlik edib.
 
Qeyd olunur ki, R.Blokzayl 1992-ci ildə Niderlandda Avropada IP ünvanlarının paylanması ilə məşğul olan "RIPE NCC” qeyri-kommersiya təşkilatını təsis edib.
 
“RIPE NCC” internetdə qeydiyyatı həyata keçirən ilk coğrafi təşkilat hesab edilir. Hazırda beş belə qeydiyyatçı orqan fəaliyyət göstərir və onlar internetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq edirlər.  
 
Həmçinin R.Blokzayl Amsterdamda trafik mübadiləsi nöqtəsinin və “.uk” domen adına məsul “Nominet” təşkilatının yaradılmasında iştirak edib, - "www.cnews.ru" yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40258-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR