“ Saz milli sərvətimizdir” adlı müsabiqəyə start verilib

12:09 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Saz milli sərvətimizdir” adlı müsabiqəyə start verilib.
Bu barədə AZƏRTAC-a məlumat verən layihənin rəhbəri Sevinc Nəcəfova deyib ki, ilkin olaraq seçim turu keçiriləcək, müsabiqədə iştirak edəcək gənc aşıqlar seçiləcək. Müsabiqənin münsiflər heyətində layihəyə könüllü dəvət olunmuş ustad aşıqlar təmsil olunacaq.
S. Nəcəfova qeyd edib ki, müsabiqədə 14- 29 yaş arasında olan 20 gənc aşıq iştirak edəcək. Layihəmizin məqsədi sazın milli sərvətimiz olduğunu bir daha gənclərə aşılamaq, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsində sazın rolunu təbliğ etmək və gənclərin milli- mənəvi dəyərlərimizə münasibətini müəyyənləşdirməkdən ibarətdir.
Bildirilib ki, layihə Bakı şəhərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_Saz_milli_servetimizdir_adli_musabiqeye_start_verilib-909929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR