Ukraynada türk memorialına qarşı VANDALİZM AKTI

Ukraynada türk memorialına qarşı VANDALİZM AKTI
12:09 10 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Sevastopolda Krım müharibəsində həlak olan türk əsgərlərinin xatirəsinə ucaldılmış memoriala qarşı daha bir vandalizm aktı törədilib.

APA-nın məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov yazıb.

 

O qeyd edib ki, naməlum şəxslər memoriala gedən yolda quraşdırılan məlumat lövhəsində təhqiredici söz yazılıb.

 

Xatırladaq ki, oxşar hallar Sevastopolda əvvəllər də yer alıb. Konkret olaraq şəhərin alman faşistlərindən azad olunmasında iştirak edən və həlak olan azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış abidə 2009-cu ildə qismən dağıdılıb. 2014-cü ildə türk memorialı təhqir olunub, bu ilin may ayında isə azərbaycanlı əsgərlərin xatirə abidəsinə qarşı növbəti vandalizm aktı törədilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR