​ABŞ fond bazarında geriləmə davam edir

12:12 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qlobal iqtisadi yavaşlama fonunda texnologiya şirkətlərinin səhmləri azalmağa başlayıb. Amma, "Dow Chemical" və "DuPont" kimya sektorunun iki ən böyük şirkətinin birləşmək qərarı ilə bu şirkətlərin səhmləri 11%-ə yaxın bahalaşıb. Kimya sirkətlərinin səhmlərinin artması ABŞ fond birjalarındakı sərt geriləmənin qarşısını qismən alıb.
Cənubi Karolina ştatının "Greenwood Capital Associates" investisiya şirkətinin investisiyalar üzrə baş əməkdaşı Valter Tod (Walter Todd) bildirib ki, hazırda fond birjaları neft qiymətlərinin dəyişməsi istiqamətində hərəkət edir. Neft qiymətlərinin azalması neft sektoru şirkətlərinin səhmlərinin geriləməsinə və qlobal iqtisadiyyatın zəifləməsi siqnallarının yaranmasına gətirib çıxarır.
"Report"un analitik qrupu hesab edir ki, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlaması və qlobal iqtisadi yavaşlama fonunda ABŞ iqtisadiyyatının da bir qədər səngiməsi fond birjalarının geriləməsinə səbəb olacaq. Bu da öz növbəsində əksər ölkələrdə fond birjalarının azalmasına, nəticədə qlobal likvidliyin azalmasına gətirib çıxaracaq. Fond birjalarının son 15 ildə yüksəldiyi maksimal həddə yaxın 10 ildə çatmaqda çətinlik çəkəcəyi və bu geriləmənin ən azı 5 il davam edəcəyi ehtimal olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/abs-fond-birjalarinda-gerileme-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR