Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"

Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"
12:13 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir".

APA-nın "Milliyyet"ə istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

"Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var", - deyə Çexiya prezident qeyd edib.

Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR